Bank Of Baku

MİQ imtahanlarının vaxtı açıqlanıb

MİQ imtahanlarının vaxtı açıqlanıb
# 26 iyun 2024 10:57 (UTC +04:00)

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə APA-ya Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 2-10 iyul tarixlərində ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR