Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qaraçayda suyun səviyyəsi 13 sm, Katexçayda 12 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda 27 sm, Əsrikçayda 8 sm, Şəmkirçayda 4 sm artıb.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev APA-ya bildirib ki, iyunun 26-da səhər saat 8:00-8:30 radələrində yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan və Şəki rayonu ərazisindən axan Kişçaydan sel keçib və hazırda davam edir: "Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir".
Qax, Qəbələ və Şəkinin sel keçən çaylarında suyun səviyyəsi izlənilir
26 iyun 2024 11:06 (UTC +04:00)
Sosial
Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb - FOTO
20:53
28 iyun 2024
Çay sahilində yaşayan və istirahət edən vətəndaşlara daşqınlarla bağlı xəbərdarlıq edilib
17:56
28 iyun 2024
Coğrafiya İnstitutu: Çaylarda ən güclü sel hadisələri iyul-avqustda olur
17:35
28 iyun 2024
“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib
17:24
28 iyun 2024