Nazir: “Ölkədə olan sürüşmə sahələri və təhlükəli ərazilər daim nəzarətdə saxlanılır”

Nazir: “Ölkədə olan sürüşmə sahələri və təhlükəli ərazilər daim nəzarətdə saxlanılır”
# 05 aprel 2013 08:25 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, yalnız Masazırda deyil, ölkənin digər bölgələrində texnogen və antropogen səbəblərdən baş verən sürüşmə sahələri və təhlükəli ərazilər daima nəzarət altında saxlanılır.

Onun sözlərinə görə, Masazırda təpənin, yüksəkliyin üstündə evlər yamaca qədər tikilib. ərazidə kanalizasiya sistemi yoxdur: “Ərazidə vəziyyətin qarşısını ala biləcək tədbirlərin görülməməsi istənilən yerdə, xüsusilə yamacların kənarında evlərin tikilməsi belə hallara gətirib çıxarır. Bu da sürüşmələrin baş verməsində antropogen faktları genişləndirir. Bunların qarşını almaq üçün yerlərdə ev tikilən zaman mütləq ərazinin geoloji ekspertizadan keçirilməsi vacibdir. Bu gələcəkdə belə halların baş verməsinin səbəb olur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR