Bəzi kolleclərdə qəbul aparılan ixtisaslar və plan yerlərinə dəyişiklik edilib

Bəzi kolleclərdə qəbul aparılan ixtisaslar və plan yerlərinə dəyişiklik edilib
# 08 iyul 2016 12:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilir ki, 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta (9 illik) təhsil bazasında tələbə qəbulu aparılan ixtisaslar və plan yerləri üzrə müəyyən dəyişikliklər ediib.

Belə ki, Naxçıvan Dövlət Texniki Kollecində əlavə olaraq “Rabitə qovşaqları və kommunikasiya sistemləri” ixtisası yaradılıb və kollecə ayrılmış ümumi plan yerləri çərçivəsində tələbə qəbulu nəzərdə tutulub.

Digər bir dəyişikliyə əsasən Odlar Yurdu Universiteti nəzdində yeni təsis edilmiş “Odlar Yurdu Kollecinə tələbə qəbulu nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR