Avropa Liqasının yarımfinalının ilk oyunları keçirilib

Avropa Liqasının yarımfinalının ilk oyunları keçirilib
# 07 may 2015 23:35 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, hər iki qarşılaşma eyni vaxtda başlayıb.

Dörd komanda arasında yeganə “Dnepr” böyük beşlik ölkələrindən birini təmsil eləmir. “Napoli”nin qonağı olan ukraynalılar bura qədər gəlməklərinin möcüzə olmadığını sübut etmək istəyindədilər. Səfərdə güclü rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşan Markeviçin yetirmələri buna qismən nail olublar.

Təmsilçimiz “Qarabağ”la eyni qrupda mübarizə aparmış Markeviçin yetirmələri qrupdan bəxt sayəsində çıxmaqlarına baxmayaraq digər mərhələlərdən inamla keçərək artıq finalın bir addımlığında dayanıblar.

“Napoli” isə əlinə düşmüş fürsətdən – rəqibin təcrübəsizliyindən maksimum yararlanaraq adını finala yazdırmaq istəyirdi. Hələliksə hətta minimum vəzifənin də öhdəsindən gəlinməyib.

Digər cütlükdə isə qüvvələr nisbətini bərabər saymaq olardı. “Sevilya” öz meydanında “Fiorentina”nı qəbul edirdi.

Ev sahiblərinin başdan sona üstün oynadıqları oyun 3:0 andalusiyalıların xeyrinə başa çatıb. Bu nəticə ilə finalın qapısını aralayan "Sevilya" səfərə daha rahat və üstün durumda yollanacaq.

Avropa Liqası

Yarımfinal, ilk oyunlar

7 may

“Napoli” (İtaliya) – “Dnepr” (Ukrayna) - 1:1

Qol: Lopez, 50 - Seleznyov, 81

“Sevilya” (İspaniya) – “Fiorentina” (İtaliya) - 3:0

Qol: Vidal, 17, 52, Qameyro, 75

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR