Azərbaycan polisi 82 min dollarlıq dələduzluq faktının üstünü açıb

Azərbaycan polisi 82 min dollarlıq dələduzluq faktının üstünü açıb
# 26 sentyabr 2014 10:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda külli miqdarda dələduzluq faktının üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində Bakı şəhər sakini Sevda Vəliyevanın 2009-2012-ci illər ərzində həmyerliləri Rəna Nuriyevanın, Səbinə Mahmudovanın, Fəridə Əhmədxanovanın, Ətrabə Lətifovanın, Sevil Kərimovanın və Sona Qarayevanın etimadlarını qazanaraq müvafiq olaraq onlardan 15000, 5000, 22500, 15000, 20000 və 5000 manat alması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR