«Bank of Baku» bir milyonuncu kredit müştərisini Aralıq dənizi istirahətinə yollayır - FOTO

«Bank of Baku» bir milyonuncu kredit müştərisini Aralıq dənizi istirahətinə yollayır - <span style="color: red;">FOTO
# 09 aprel 2013 10:13 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın aparıcı banklarından olan «Bank of Baku» ASC özünün bir milyonuncu kreditini rəsmiləşdirib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, sayca 1 milyonuncu krediti uzun müddətdir «Bank of Baku»nun nümunəvi müştərisi olan «Azərenerji» ASC-də çalışan Bakı şəhər sakini Rəşidə Fərəcova alıb.

«Bank of Baku» özünün «Milyonuncu ol, Aralıq dənizində milyonçu kimi dincəl» aksiyası çərçivəsində sayca 1 milyonuncu krediti almış R.Fərəcovaya Aralıq dənizinə kruiz səfəri mükafatını təqdim edib. Haqqı bütünlüklə bank tərəfindən ödəniləcək səyahət zamanı qalib müştəri 10 gün ərzində İtaliya, İspaniya, Fransa, Yunanıstan və digər hövzə ölkələrinin gözəllikləri ilə tanış olacaq. Dəniz səyahəti «Carnival Sunshine» kruiz laynerində baş tutacaq. Səyahət paketinə qida, gəmidə əyləncə proqramı, dənizə açılan pəncərəli kayutada rahat yaşayış və digər üstünlüklər daxildir.

«Bank of Baku» qalibə kruizə yaxın bir insanı ilə yollanmaq imkanı verib və artıq R.Fərəcova dəniz səyahətinə qızı ilə yollanacağını bildirib. Mükafatın təqdim edilmə mərasimində öz təəssüratları ilə bölüşən Rəşidə xanım onu və qızını Aralıq dənizinə istirahətə yollayan «Bank of Baku»ya minnətdarlığını ifadə edib: «Bu, yay istirahətini keçirmək üçün «Bank of Baku»dan möhtəşəm bir hədiyyədir. Hər bank öz hesabına müştərisini bahalı istirahətə göndərməz. Xəyalı gerçək edən «Bank of Baku»ya böyük təşəkkürlər!»

Aksiya çərçivəsində kreditlərin sayı 2006-cı ildən hesablanıb. Bir müştəriyə eyni gündə bir neçə paralel kredit verilibsə, kredit sayı 1 kredit kimi nəzərə alınıb.

Yaxın zamanlarda «Bank of Baku» müştəriləri üçün yeni mükafatlandırma aksiyaları keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR