“Bank of Baku” “Bolkart” sahibləri üçün yeni kampaniya elan edir

“Bank of Baku” “Bolkart” sahibləri üçün yeni kampaniya elan edir
# 24 iyul 2014 08:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Ramazan bayramı ilə əlaqədar “Bank of Baku” “Bolkart” sahibləri üçün nağd pul kampaniyasına start verir.

Bankdan “APA –Economics”ə verilən məlumata görə, 24-28 iyul tarixləri arasında “Bolkart” istifadəçiləri kartlarından pul çıxara bilərlər. Kart sahibləri 10 avqust tarixinədək deyil, sentyabrın 10-dək əlavə xərcsiz ödəniş imkanı qazanır. Kartdakı bütün vəsait nağdlaşdırıla bilər. Nağdlaşdırmanın komissiya haqqı 2% ( min. 2 manat) təşkil edir.

Nağlaşdırma funksiyası daim açıq olan “Bolkart”lar nağlaşdırma kampaniyasında iştirak etmirlər.

Bu gün yüz minlərlə Azərbaycan vətəndaşı “Bolkart” ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və “Bolkart”ın digər imtiyazlarından faydalanır. “Bolkart MasterCard” sahibləri isə Azərbaycanda, xarici ölkələrdə və internetdə alış-veriş edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR