Gömrük Akademiyasında Heydər Əliyevin anım günü qeyd edilib - FOTOSESSİYA

Gömrük Akademiyasında Heydər Əliyevin anım günü qeyd edilib - <span style="color: red;">FOTOSESSİYA
# 10 dekabr 2014 14:11 (UTC +04:00)

Bakı. APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasında Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, mərasimdə Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə məruzə ilə AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov çıxış edib.

Qeyd olunub ki, qeyri-adi şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib. Bildirilib ki, bu gün Azərbaycan dövlətçiliyini, müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir.

Məruzəçi çıxışında vurğulayıb ki, H. Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik dövrünü əhatə edən tarixinin simvoluna çevrilib: "O, böyük siyasət üçün yaranan təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən mahir siyasətçi idi. Ulu öndərin ideyaları bu gün də yaşayır və inkişaf edir. Heydər Əliyevin təməlini qoyduğu işlər bu gün onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə aparılan islahatlar, əldə olunan nailiyyətlər xalqın sabaha olan inamını daha da artırır”.

Gömrük Akademiyasının tələbələrinə Heydər Əliyevin ölkədə gənclər siyasətinin uğurlu inkişafındakı rolundan da söhbət açılıb. Bildirilib ki, bu məqsədlə dövlət proqramları qəbul edilərək nəzərdə tutulan tədbirlər uğurla icra edilib, gənclərin dövrün tələblərinə uyğun təhsil almaları, beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunmaları üçün geniş imkanlar yaradılıb. Eyni zamanda, bu gün respublikada dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışılıb, dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR