“Unibank” keçirdiyi lotereyanın qaliblərini mükafatlandırıb

“Unibank” keçirdiyi lotereyanın qaliblərini mükafatlandırıb
# 04 iyul 2014 15:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün “Unibank”ın daha 26 müştərisi bankın keçirdiyi lotereyanın qalibi olaraq pul mükafatı qazanıblar.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Unibank” 90 min manatlıq uduş fondu olan “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının daha bir tirajının qaliblərini açıqlayıb. 9-cu tirajın 26 qalibi müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında seçilib. Qaliblərdən 20 nəfər 100 manat, 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat pul mükafatı əldə ediblər.

Lotereya tirajlarında ümumilikdə 390 lotereya iştirakçısı qalib elan ediləcək. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Hər tirajın uduş məbləği 6 000 manat təşkil edir. Pul uduşu ilk növbədə qalib müştərinin kreditinin ödənilməsinə yönləndirilir və kredit mükafat hesabına tam ödənildikdən sonra artıq qalan məbləğ olarsa, o zaman qalibə qalıq məbləğ təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR