Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 38,7% artaraq 111,9 mln. manat təşkil edib.
Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, hörmə üçün hazır beton qarışığının istehsalı 2,6 dəfə, tikinti kərpicinin istehsalı 50,7%, asfaltın istehsalı 41,7%, sementin istehsalı 25,8% artıb.