Misirin Sinay yarımadasında fövqəladə vəziyyət elan olunub

Misirin Sinay yarımadasında fövqəladə vəziyyət elan olunub
# 09 mart 2013 22:49 (UTC +04:00)

Bakı-APA. Misirin Sinay yarımadasında fövqəladə vəziyyət elan olunub. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar kəşfiyyatın radikal islamçı qruplaşma tərəfindən hücum hazırlaması barədə əldə etdiyi məlumatlardan sonra qəbul olunub.

Kəşfiyyatın məlumatına əsasən, hücumlar hökumət obyektlərinə planlaşdırılıb.

Sinay yarımadası İsraillə həmsərhəddir və Misirin bu ərazisində yaşayan sakinləri dəfələrlə təhlükə ilə üzləşib.

Son aylar Misir hökuməti Sinay yarımadasında genişmiqyaslı əməliyyatlar həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR