Elmar Məmmədyarov Türkiyə xarici işlər nazirinin müavini Fatih Ceylanı qəbul edib

Elmar Məmmədyarov Türkiyə xarici işlər nazirinin müavini Fatih Ceylanı qəbul edib
# 12 aprel 2013 13:47 (UTC +04:00)

Bakı – APA. Aprelin 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər nazirinin müavini Fatih Ceylanı qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində addımların atılması üçün siyasi və iqtisadi potensialın mövcud olduğu qeyd edilib.

Görüşdə regionda maraq doğuran məsələlər, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması yolları ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycanın işğal olunmuş Xocalı rayonundakı aeroportdan Ermənistanın qanunsuz uçuşlar həyata keçirmək cəhdlərinin münaqişənin nizamlanması prosesinə mənfi təsir göstərəcəyi vurğulanıb.

Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinin beynəlxalq təşkilatlar çərçivəsində müzakirəsinin vacibliyini də bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR