“Bank VTB (Azərbaycan)”ın müştəriləri kreditlərini onlayn rejimdə ödəyəcək

 “Bank VTB (Azərbaycan)”ın müştəriləri kreditlərini onlayn rejimdə ödəyəcək
# 13 may 2015 13:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” “E-Pul” elektron ödəniş sisteminə qoşulub ki, bu da bankın müştərilərinə kredit üzrə borclarını onlayn rejimdə ödəməyə imkan verəcək.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bunun üçün internet istifadəçiləri www.e-pul.az portalında “Bank xidmətləri” bölməsinə daxil olub, “Bank VTB (Azərbaycan)” səhifəsinə keçid aldıqdan sonra ödənişi həyata keçirəcək.

“E-Pul” servisi həftənin 7 günü, 24 saat fasiləsiz fəaliyyət göstərir. Saat 17.00 və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş günündə ödənilmiş hesab olunacaq.

“Bizim bank müştərilərinə yüksək keyfiyyətli xidmətlər göstərməyə çalışır. Bu xidmətlər arasında məsafəli bank xidməti də var. E-Pul portalına qoşulmaq – bu istiqamətdə atılan növbəti addımdır. Əsas məqsəd müştərilərin rahatlığını təmin etmək. İndi kredit ödənişi üçün banka gəlməyə və ya ödəniş terminalı axtarmağa ehtiyac qalmayacaq. Bunlar onlayn rejimdə mümkün olacaq”, - deyə “Bank VTB (Azərbaycan)”ın pərakəndə biznes departamentinin rəhbəri Tural Vəliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR