Səfir: “Rusiya ilə əlaqələrin bərpası Gürcüstan xarici siyasətinin prioriteti olaraq qalır”

Səfir: “Rusiya ilə əlaqələrin bərpası Gürcüstan xarici siyasətinin prioriteti olaraq qalır”
# 15 fevral 2013 12:18 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Qonşu ölkələrlə əlaqələrin dərinləşməsi, Rusiya ilə əlaqələrin bərpası, köçkünlərin öz torpaqlarına qayıtması Gürcüstan xarici siyasətinin prioriteti olaraq qalır”. APA-nın məlumatına görə, bu barədə Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan hökumətin 100 günlük fəaliyyəti nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bu ölkənin Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bildirib.

Səfir qeyd edib ki, Gürcüstan Avropa Birliyi ilə əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm irəliləyiş əldə edib, NATO-ya inteqrasiya məsələsində mühüm tədbirlər görülüb.

Daxili siyasətinə gəlincə, qeyd olunub ki, siyasi təzyiqdən azad olunduqdan sonra biznes və investisiya fəallığı artıb, 2013-cü ilin ilk ayında kiçik və orta biznesdə dövriyyə keçən illə müqayisədə 320 lari (160 manat) artıb, metallurgiya sahəsinə 250 mln. dollar kapitalın qoyulması planlaşdırılır, Qara dəniz sahilində neft emalı müəssisəsinin tikintisi üçün təxminən 1 mlrd. dollar həcmində investisiya nəzərdə tutulur: “Yeni hökumət sosial, kənd təsərrüfatı, təhsil sahəsində də uğurlu islahatlar aparmaq niyyətindədir. Bu sahələr dövlətin prioritet sahələri kimi müəyyən edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR