Nigeriyada törədilən terror aktı nəticəsində ölənlərin sayı 49-a çatıb, 71 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Nigeriyada törədilən terror aktı nəticəsində ölənlərin sayı 49-a çatıb, 71 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 17 iyul 2015 00:19 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, daha 71 nəfərin yaralandığı bildirilir.

Yaralıların bir qisminin vəziyyəti ağır kimi qiymətləndirilir.

İnsidentə görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməsə də, partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.

Qeyd edək ki, iyulun əvvəlində Cos şəhərində törədilən iki partlayış nəticəsində 50 nəfər həyatını itirmişdi. Son iki həftə ərzində isə Nigeriyada 300-dən çox dinc sakin “Boko Haram”ın törətdiyi terror aktlarının qurbanı olub.

***

01:09

Bakı-APA. Nigeriyada iki partlayış törədilib, nəticədə ən azı 30 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Qombe şəhərinin bazarında baş verib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi ölənlərin sayının artacağını istisna etməyib. Partlayışlara görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR