Ukrayna prezidenti Donbasın xüsusi statusu haqqında qanunu imzalayıb

Ukrayna prezidenti Donbasın xüsusi statusu haqqında qanunu imzalayıb
# 18 mart 2015 21:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının saytında bildirilir.

“Prezident Pyotr Poroşenko Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında yerli özünüidarənin xüsusi qaydaları haqqında” qanunun 10-cu maddəsinə dəyişikliklər edilməsi barədə qanunu (№256-VIII) imzalayıb”, sənəddə deyilir.

Sənəddə qeyd edilir ki, Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında yerli özünüidarə orqanlarının bu qanunda nəzərdə tutulmuş xüsusi qaydada fəaliyyəti Ukrayna Konstitusiyasına, bu qanuna və digər Ukrayna qanunlarına əsasən keçirilmiş növbədənkənar seçkilər nəticəsində seçilən yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR