İraq İranın yük təyyarəsini məcburən endirib

İraq İranın yük təyyarəsini məcburən endirib
# 09 aprel 2013 08:54 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Aprelin 8-də Suriyanın paytaxtı Dəməşq şəhərinə uçan İranın yük təyyarəsi İraq hava məkanına daxil olduğu zaman Bağdad beynəlxalq hava limanına enməyə məcbur edilib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, təyyarədə axtarış aparılıb. İraq Nəqliyyat Nazirliyinin sözçüsü Kərim ən-Nurinin iştirak etdiyi yoxlamada yerli media nümayəndələri də iştirak edib.

Qeyd edək ki, İran yük təyyarəsində heç bir silah və ya şübhəli yükə rast gəlinməyib. Təyyarənin yalnız dərman və tibbi vəsaitlər daşıdığı və axtarışdan sonra dərhal Dəməşqə getmək üçün Bağdad aeroportunu tərk etdiyi bildirilib. Ümumiyyətlə, son aylarda üçüncü dəfədir İraq rəsmiləri İran təyyarəsini məcburən endirərək axtarış aparırlar. Hətta ABŞ dövlət katibi Con Kerri İraqa son səfərində bu ölkə rəsmilərindən İrandan Suriyaya uçan təyyarələrin daha sıx axtarılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR