MSK ekspert və işçi qrupları yaradıb

MSK ekspert və işçi qrupları yaradıb
# 29 avqust 2015 11:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. MSK-nın nəzdində vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə seçki hüququnu pozan hərəkətlərdən, eləcə də hərəkətsizlikdən və qərarlardan verilmiş şikayətlərin araşdırılması üzrə Ekspert Qrupu və namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrindəki imzaların və digər məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə İşçi Qrup yaradılıb.


APA-nın məlumatına görə, MSK üzvləri Ramiz İbrahimov, Qabil Orucov, Validə Kərimova, Tofiq Həsənov, Bəxşeyş Əsgərov, MSK Hüquq şöbəsinin baş məsləhətçiləri Rafiq Abbasov və İlkin Şahbazov, MSK-nın monitorinq şöbəsinin baş məsləhətçisi Samir Tağıyev Ekspert Qrupunun üzvləri seçiliblər.

MSK üzvü İlham Məmmədovun rəhbərliyi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Hesablama Palatasının əməkdaşlarından ibarət İşçi Qrupunun yaradılması barədə də qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR