Bakıda azyaşlı uşaq neft quyusuna düşərək ölüb

Bakıda azyaşlı uşaq neft quyusuna düşərək ölüb
# 14 noyabr 2014 20:30 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda 1 nəfər azyaşlı fərdi yaşayış evinə yaxın olan ərazidə yerləşən, qoruyucu hasarı 2 metr, diametri 8-10 metr, dərinliyi 7-8 metr və daxilində 3-4 metr çirkab suyu olan köhnə neft tullantısı quyusuna düşüb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən azyaşlının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR