Marneulidə "Vahid Qafqaz" adlı beynəlxalq musiqi festivalı başlayıb - FOTOSESSİYA

Marneulidə "Vahid Qafqaz" adlı beynəlxalq musiqi festivalı başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 28 avqust 2015 05:47 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Avqustun 27-də Marneulidəki Tserakvi kəndində “One Caucasus” (Vahid Qafqaz) adlı beynəlxalq musiqi festivalının açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev iştirak ediblər.

Festivalının açılış mərasimində çıxış edən Nəbi Abdullayev Tserakvi kəndində keçirilən musiqi festivalın artıq ənənəyə çevrildiyini bildirib: “Məqsədimiz dünyanın müxtəlif ölkələrində yaşayan insanları özündə birləşdirəcək tədbiri daha da genişləndirməkdir. Bu festival vasitəsilə biz Marneulini turizm mərkəzinə çevirməyə çalışacağıq", deyə bələdiyyə sədri vurğulayıb.

Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili musiqi kollektivlərinə hədiyyələr verib.

Qeyd edək ki, Marneulinin gürcülər yaşayan Tserakvi kəndində baş tutan beynəlxalq musiqi festivalına 12 ölkədən musiqi kollektivləri, dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri, könüllülər və jurnalistlər qatılıblar. Tədbir çərçivəsində "Vahid Qafqaz" şəhərciyi tikilib və burada müxtəlif motivli tədbirlər keçiriləcək. Üç gün davam edəcək festivalda Polşadan və Seneqaldan, Azərbaycan, Ermənistan və Gürcüstandan olan musiqiçilər, həmçinin Marneulidən gələn musiqi və rəqs kollektivləri rəngarəng proqramlarla çıxış edəcəklər. Tədbir çərçivəsində insan haqlarına dair seminarlar, ustad dərsləri baş tutacaq, filmlər nümayiş olunacaq və uşaqlar üçün əyləncələr təşkil olunacaq, ədəbiyyat və poeziya tədbirləri keçiriləcək.

Qeyd edək ki, beynəlxalq musiqi festivalı Marneuli rayon icra hakimiyyətinin dəstəyi və Polşa Respublikası Milli İrs və Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Beynəlxalq musiqi festivalı avqustun 29-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR