Ermənistan parlamenti Rusiya ilə hava hücumundan birgə müdafiə sisteminin yaradılması haqqında sazişi ratifikasiya edib

Ermənistan parlamenti Rusiya ilə hava hücumundan birgə müdafiə sisteminin yaradılması haqqında sazişi ratifikasiya edib
# 30 iyun 2016 10:11 (UTC +04:00)

Bakı – APA. Ermənistan parlamenti Rusiya ilə hava hücumundan müdafiə birləşmiş regional sisteminin yaradılması haqqında sazişi ratifikasiya edib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, sənədin lehinə 102, əleyhinə isə 8 deputat səs verib.

Qeyd edək ki, sözügedən saziş qərbyönümlü siyasi dairələrin və qeyri-hökumət təşkilatlarının mənfi reaksiyasına səbəb olub. Onlar bunu ölkə suverenliyinə vurulan sonuncu zərbə kimi qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR