Dünya çempionatına yollanacaq Azərbaycan millisinin heyəti açıqlanıb

Dünya çempionatına yollanacaq Azərbaycan millisinin heyəti açıqlanıb
# 01 sentyabr 2014 13:03 (UTC +04:00)

Bakı – APA. Dünya çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Faiq Qarayev ilkin heyətə 19 oyunçunun adını daxil edib.


Təcrübəli mütəxəssis sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada baş tutacaq mundial üçün bir debütant sifariş edib. Bu, Leyla Parşkovadır. 16 yaşlı libero “Azərreyl” klubunun üzvüdü.

Analıq məzuniyyətində olan Valeriya Korotenko və zədədən əziyyət çəkən Natalya Məmmədovanın adı heç “19-luğ”a daxil edilməyib. Böyük perspektiv vəd edən, lakin sonradan ümidləri doğrultmayan Aleksandra Prupas da mundialı kənardan izləyəcək.

Azərbaycan millisinin ilkin heyəti

4. Oksana Parxomenko, 14. Kristina Yaqubova, 20. Şəfaqət Həbibova, 8. Natəvan Qasımova, 21. İrina Makarenko, 2. Kseniya Kovalenko, 6. Ayşən Abduləzimova, 15. Aynur Kərimova, 18. Yelizaveta Səmədova, 3. Anastasiya Qurbanova, 5. Odina Əliyeva, 7. Yelena Parxomenko, 17. Polina Rəhimova, 11. Yekaterina Jidkova, 10. Yana Ağayeva, 1. Ceyran Əliyeva, 22. Ülkər Kərimova, 16. Oksana Kiselyova, 9. Leyla Parşkova

Hazırda Bakıda təlim-məşq toplanışında olan millimizin yekun “12-liy”in isə yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir. Bu, çox güman ki, hazırlıqların son mərhələsi üçün Bolqarıstana yollanacaq komandamızın paytaxtda “Uraloçka” ilə oyunlarından sonra bilinəcək. Çünki yığmamız İtaliyaya məhz Balkan ölkəsindən gedəcək.

Qeyd edək ki, Azərbaycan millisi Yaponiya, Çin, Puerto-Rika, Belçika və Kuba ilə D qrupunda yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR