İran prezidenti həcc mərasimində iştirak etməyəcək

İran prezidenti həcc mərasimində iştirak etməyəcək
# 14 sentyabr 2013 11:46 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhaninin builki həcc mərasimində iştirak etmək barədə qərarı yoxdur. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Həcc və Ziyarət Təşkilatının rəhbəri Səid Ohədi bildirib.

S. Ohədi deyib ki, Səudiyyə Ərəbistanı tərəfindən H. Ruhaniyə həcc mərasimində iştirak üçün dəvətnamə gəlib-gəlməməsindən xəbəri yoxdur: “Məndə olan məlumata görə, indiyədək dəvətnamə gəlməyib. Ancaq İran prezidentinin iş proqramında builki həcc mövsümü ilə üst-üstə düşən xarici səfərləri var. Ona görə də Həsən Ruhaninin həccdə iştirak etmək barədə qərarı yoxdur”.

S. Ohədinin sözlərinə görə, prezidentin həcclə üst-üstə düşən xarici səfərlərindən biri BMT Baş Assambleyasının sessiyasına qatılmaq üçün Nyu-Yorka getməkdir: “Həmin iclasda iştirak qlobal baxımdan əhəmiyyətli görünür. Ona görə də İran prezidentinin seçimi həmin sessiyaya qatılmaqdan yana ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR