Malena Mard: "I Avropa Oyunları ilə əlaqədar Azərbaycana diqqət artacaq, bu, təbiidir"

Malena Mard: "I Avropa Oyunları ilə əlaqədar Azərbaycana diqqət artacaq, bu, təbiidir"
# 13 may 2015 13:07 (UTC +04:00)

Bunu APA-ya Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M. Mard qeyd edib ki, I Avropa Oyunları Azərbaycanda keçirildiyi üçün həm QHT, həm biznes dairələri, həm də media tərəfindən Azərbaycana diqqət artacaq: "Yüksək səviyyəli tədbirlərin keçirildiyi yerlərdə bu, təbiidir".

M. Mard qeyd edib ki, o özü də idman həvəskarıdır: "Sevinirəm ki, Avropanın aparıcı idmançıları Azərbaycanda öz məharətlərini göstərəcək. Mən güləşi çox sevirəm və iki oğlum güləşlə məşğuldur. Uşaqlarıma da söz vermişəm ki, onları Avropa Oyunları çərçivəsində keçiriləcək yarışlardan birinə aparacağam. Ümumilikdə, ilk dəfə keçirilən tədbir daha maraqlı olmalıdır. Amma bu cür prestijli yarış çərçivəsində diqqətlər Azərbaycanda yönələcək. Bu, yalnız Azərbaycanda deyil, bu cür tədbirlərin keçirildiyi bütün ölkələrdə müşahidə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR