İraqda hava zərbəsi nəticəsində 22 yerli hərbçi həlak olub

İraqda hava zərbəsi nəticəsində 22 yerli hərbçi həlak olub
# 13 mart 2015 00:59 (UTC +04:00)

Bakı-APA. İraqın Anbar əyalətində güclü hava zərbəsi nəticəsində 22 yerli hərbçi həlak olub. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, hərbçilər insidentin Ramadi şəhərinin ətrafında baş verdiyini bildiriblər. Məlumata görə, raket “İŞİD” terror qruplaşmasına qarşı mübarizə aparan beynəlxalq koalisiya qüvvələrinə məxsus təyyarədən buraxılıb. Koalisiyanın mətbuat katibi Tomas Gilleran isə, öz növbəsində, ittihamları təkzib edərək əyalət ərazisində endirilən yeganə hava zərbəsi nəticəsində heç bir itki olmadığını bildirib.

Amerikalı hərbçilər isə əməliyyatın keçirildiyi ərazidə İraq Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin qeydə alındığını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR