ABŞ 2 amerikalı jurnalisti edam etmiş “İslam Dövləti” qruplaşmasının üzvünün kimliyini müəyyən edib

ABŞ 2 amerikalı jurnalisti edam etmiş “İslam Dövləti” qruplaşmasının üzvünün kimliyini müəyyən edib
# 25 sentyabr 2014 22:14 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə FTB-nin rəhbəri Ceyms Korni “Röyters” agentliyinə bildirib.

Ceyms Korni qatilin adını və hansı dövlətin vətəndaşı olduğunu açıqlamayıb. FTB rəhbəri, həmçinin, ABŞ-ın Suriyada terrorçularla mübarizə apardığını və əməliyyatlara cəlb edilmiş hərbçilərin əksəriyyətinin vətənə döndüyünü qeyd edib.

Xatırladaq ki, avqustun 20-də internetdə amerikalı jurnalist Ceyms Foulinin edam səhnəsi olan videoyazı yayılıb. Sentyabrın 2-də isə ikinci amerikalı jurnalist Stiven Sotloffun edam videosu yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR