Azərbaycanın Türkiyədəki səfiri Türkiyənin İzmir və Manisa şəhərlərində işgüzar səfərdə olub - FOTOSESSİYA

Azərbaycanın Türkiyədəki səfiri Türkiyənin İzmir və Manisa şəhərlərində işgüzar səfərdə olub - <span style="color: red;">FOTOSESSİYA
# 23 avqust 2014 21:46 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Səfərin birinci günündə Faiq Bağırov İzmirin Əliağa rayonunda AR Dövlət Neft Şirkəti tərəfindən inşa edilmiş Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyini ziyarət edib, liseydə şagirdlər üçün yaradılmış şərait, liseyin tədris sistemi və gələcək inkişaf planları ilə tanış olub. Ziyarətin sonunda liseyə ölkəmiz haqqında kitab və jurnallar hədiyyə edilib.

Səfir daha sonra İzmirin Əliağa rayonunda yerləşən “Petkim PetroKimya” şirkətini ziyarət edib. Ziyarət zamanı şirkətin baş direktoru Sadettin Korkut tərəfindən AR Dövlət Neft Şirkətinin Əliağa rayonundakı investisiya layihələri, o cümlədən “Petkim” neft-kimya kompleksi, “Star” neftayırma zavodu, “Petlim” konteyner limanının inşası durumu ilə bağlı təqdimat edilib.

Səfərin ikinci günündə səfir Faiq Bağırov İzmir valisi Mustafa Toprak, İzmir böyükşəhər bələdiyyəsinin sədr müavini Sırrı Aydoğan, Egey bölgəsi sənaye palatasının sədri Ender Yorgancılar, eləcə də Azərbaycanın İzmirdəki diaspora üzvləri ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin xüsusiliyi vurğulanıb və bütün sahələrdə uğurla davam edən əməkdaşlığın ölkələrimizin regionları arasında daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Daha sonra Faiq Bağırov Egey bölgəsi sənaye palatasında çox sayda iş adamının qatıldığı geniştərkibli toplantıda iştirak edərək ölkəmiz haqqında iştirakçılara ətraflı məlumat verib. Səfir İzmir səfərinin sonunda şəhərdə yerləşən “Egey sərbəst sənaye bölgəsini” ziyarət edib.

Regiona səfərinin üçüncü günündə Faiq Bağırov Manisada olub. Səfir Manisa valisi Erdoğan Bektaş, Manisa böyükşəhər bələdiyyəsinin baş katibi Halil Memiş, Manisa ticarət və sənaye palatasının sədri Yaşar Coşkun, habelə Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin üzvləri ilə görüşlər keçirib. Səmimi şəraitdə keçən görüşlər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyəsindən bəhs edilib və bölgələrimiz arasında əlaqələrin inkişafının əhəmiyyəti haqda müzakirələr aparılıb. Manisa səfərinin sonunda səfir Faiq Bağırov vilayətdə yerləşən “Manisa mütəşəkkil sənaye bölgəsi” ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR