Bakı sakininə hədə-qorxu gələrək pulunu alan şəxslər tutulub

Bakı sakininə hədə-qorxu gələrək pulunu alan şəxslər tutulub
# 14 mart 2013 08:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda quldurluqla məşğul olan şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA- ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Narkotiklər Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tural Hüseynovdan 1 ədəd «Makarov» tipli tapança və Elxan Qurbanovdan isə 6 qramdan artıq marixuana götürülüb. Müəyyən edilib ki, onlar yanvarın 26-da Bakıxanov qəsəbəsi Ş. Qocayev küçəsində Sabunçu qəsəbə sakini Rauf Orucova hədə-qorxu gələrək 500 manatını əlindən alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR