Bakı Ali Neft Məktəbi keçid balı üzrə rekordunu təzələyib

Bakı Ali Neft Məktəbi keçid balı üzrə rekordunu təzələyib
# 14 avqust 2015 07:50 (UTC +04:00)

Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəşr etdiyi “Abituriyent” jurnalının 7-ci sayında 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə həm ödənişli əsaslarla, həm də dövlət sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları haqqında məlumat təqdim olunub.

Bakı Ali Neft Məktəbindən (BANM) APA-ya verilən məlumata görə, ali məktəblərə I ixtisas qrupu qəbul üzrə ən yüksək minimal keçid balları BANM-də qeyd edilib. BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə minimal keçid balı 673 baldan 679 bala, “Neft-qaz mühəndisliyi “ixtisası üzrə – 660 baldan 667 bala, “Kimya mühəndisliyi” ixtisası üzrə - 648 baldan 659 bala yüksəlib.

Bu nəticələrə görə, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. Azərbaycanın ali təhsil tarixində I ixtisas qrupu üzrə ən yüksək keçid balı bu dəfə də BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul zamanı 679 bal göstəricisi ilə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR