Dövlət Komitəsi: Azərbaycanda satılan çörəyin keyfiyyəti yüksəlib

Dövlət Komitəsi: Azərbaycanda satılan çörəyin keyfiyyəti yüksəlib
# 22 aprel 2013 08:10 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda çörəklə bağlı 11 standart tətbiq olunur ki, bunlardan 5-i yerli, 6-sı beynəlxalq standartlardır: “Komitə çörək standartlarına əməl olunması ilə bağlı nəzarət tədbirləri həyata keçirir. Komitənin ərzaq məhsullarının keyfiyyətinə nəzarət edən şöbəsinin və regional idarənin işçiləri bütün rayonlarda və çörək müəssisələrində araşdırmalar aparırlar. Bu məsələ komitə rəhbərliyinin ciddi nəzarətindədir və burada heç kimə güzəşt olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR