Sabiq müstəntiqin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb

Sabiq müstəntiqin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb
# 11 noyabr 2014 08:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Qusar rayon Prokurorluğunun dələduzluqda təqsirləndirilən keçmiş böyük müstəntiqi Ələmşah Şükürovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.

Proses noyabrın 21-də davam etdiriləcək.

Ələmşah Şükürov 2009-cu il noyabrın 25-də prokurorluq orqanlarından xaric edilib. O, prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə cəzalandırılıb. Sabiq müstəntiq vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib. O, bununla fiziki şəxslərin qanunla qorunan hüquqlarına zərər vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə də Ələmşah Şükürov 7 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR