Norveçin baş naziri uydurma "erməni soyqırımı"nın 100 illiyinə qatılmayacağını açıqlayıb

Norveçin baş naziri uydurma "erməni soyqırımı"nın 100 illiyinə qatılmayacağını açıqlayıb
# 16 mart 2015 07:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Norveçin baş naziri Erna Solberq uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı Ermənistanda təşkil olunacaq mərasimə qatılmayacağını açıqlayıb. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, E. Solberq Türkiyə ilə münasibətlərin daha önəmli olduğunu deyib. O, Norveç xarici işlər nazirinin də tədbirdə iştirak etməyəcəyini və ölkəni Ermənistandakı səfirin təmsil edə biləcəyini söyləyib.

Norveç hökumət aparatının rəhbəri Baard Qlad Petersen isə bildirib ki, tarixi mövzular tarixçilərin öhdəsinə buraxılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR