Bakıda maşın iki piyadanı vuraraq öldürüb

Bakıda maşın iki piyadanı vuraraq öldürüb
# 20 iyun 2016 09:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakının Sabunçu rayonunda piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.

Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Elşad Hacıyev idarə etdiyi “Skoda” markalı avtomobillə H. Əliyev prospektində yolu keçən Gürcüstan vətəndaşı Məmməd Əhmədovu vurub. M.Əhmədov hadisə yerində ölüb.

Digər hadisə isə Zabrat qəsəbəsinin ərazisində qeydə alınıb. Gürcüstan vətəndaşı, 1970-ci il təvəllüdlü Amil Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Abbas Abbasovu vurub.

A. Abbasov hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR