Avropa Şurası Nazirlər Komitəsinin bir qrup səfiri Azərbaycana səfər edəcək

Avropa Şurası Nazirlər Komitəsinin bir qrup səfiri Azərbaycana səfər edəcək
# 28 mart 2013 12:45 (UTC +04:00)

APA-nın Avropa bürosunun AŞNK-nin katibliyindən aldığı məlumata əsasən, səfərin əsas məqsədi Azərbaycanda bu il keçiriləcək prezident seçkilərindən öncə ölkədə demokratiya və insan hüquqları sahəsində durumu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirib-yetirməməsi vəziyyətimi öyrənməkdən ibarətdir.

Səfərin proqramı və səfər edəcək heyətin tərkibi hələlik təsdiqlənməyib.

Xatırladaq ki, Azərbaycan buna qədər AŞNK-nin “Aqo qrupu” adlanan qurumun monitorinqi altında idi. “Aqo” qrupu ləğv edilsə də, Azərbaycandakı vəziyyəti AŞNK-nin Demokratiya naminə Məruzəçilər Qrupu (GR-DEM) izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR