Zaqatalada Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən rayon sakinləri ilə görüş keçirilib - FOTO

Zaqatalada Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən rayon sakinləri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 22 aprel 2015 09:12 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada Çernobıl faciəsinin ildönümü ilə əlaqədar qəzanın aradan qaldırılmasında iştirak edən rayon sakinləri ilə görüş keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala rayon İcra Hakimiyyəti aparatında keçirilən tədbirdə çıxış edən Zaqatala rayon İcra Hakimiyyəti başçısı Mübariz Əhmədzadə Çernobıl faciəsi ilə bağlı məlumat verərək bildirib ki, qəza nəticəsində 7 min insan dünyasını dəyişib, 25 min insan isə güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. Qeyd olunub ki, Zaqatala rayonunda Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş 58 nəfərin 45-i müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar.

“Vətən oğullarının salnaməsi” mövzusunda məruzə ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova bildirib ki, Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən Heydər Əliyev həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb. Qeyd olunub ki, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı İlham Əliyevin səyləri nəticəsində artırılıb, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Tədbirin sonunda Çernobıl əlillərinə yardımlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR