Banqkokda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 120-i keçib - FOTO - VİDEO

Banqkokda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 120-i keçib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 avqust 2015 01:19 (UTC +04:00)

Bakı-APA. Taylandın paytaxtı Banqkokda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 123-ə çatıb.

APA-nın “Bangkok Post”-a istinadən verdiyi məlumata görə, insident nəticəsində 19 nəfər ölüb.

Zərərçəkənlərin əksəriyyəti xarici turistlərdir. Gücü 5 kq trotil ekvivalentinə bərabər partlayış terror aktı kimi qiymətləndirilib.

İlkin ehtimala əsasən, partlayıcı qurğu yolun hərəkət hissəsinə bitişik səkinin kənarında saxlanılan motosikletdə quraşdırılıb.

Törədilmiş terror aktı ilə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR