Azərbaycan prezidenti Litvanın baş nazirini qəbul edib

Azərbaycan prezidenti Litvanın baş nazirini qəbul edib
# 08 aprel 2013 14:13 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 8-də Litvanın baş naziri Alqirdas Butkeviçiusu qəbul edib.

APA-nın məlumatına görə, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin önəminin vurğulandığı görüşdə Azərbaycanla Litva arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub, bu əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin son illər ölkələr arasında ticarət dövriyyəsinin dinamik şəkildə artdığı qeyd edilib, sərmayə qoyuluşu, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR