İmişlinin iki kəndinə ilk dəfə təbii qaz verilib

İmişlinin iki kəndinə ilk dəfə təbii qaz verilib
# 06 iyun 2015 13:00 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, birpilləli sistem əsasında 180 abonenti olan Məmmədli kəndinə 9801 metr, 347 abonenti olan Oruclu kəndinə isə 31 min metr müxtəlif diametrli xətlər çəkilib.

Bununla bağlı keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Açılış çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev qeyd edib ki, İmişli rayonunda kəndlərin qazlaşdırılması davam edir. Yaxın vaxtlarda daha bir neçə kəndin qazlaşdırılması prosesi başa çatacaq. Digər kəndlərdə isə layihələndirmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR