Ətraf Mühitin Qorunması Fondunda 10 milyon dollardan artıq vəsait toplanıb

Ətraf Mühitin Qorunması Fondunda 10 milyon dollardan artıq vəsait toplanıb
# 11 mart 2015 07:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu vaxta qədər ekoloji vəziyyətin yaxşılaşdırılması siyasəti çərçivəsində Azərbaycanda 122 min hektar ərazidə yeni meşə zolağı salınıb və hazırda da bu sahədə işlər aparılıb.

APA-Economics”in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, bu ərazilərdə 423 min ədəd ağac əkilib: “Müasir standartlara cavab verən ekoloji parkın salınması məqsədilə hazırladığımız layihə artıq başa çatmaq üzrədir”.

Su hövzələrinin təmizlənməsi və balıq sənayesinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verən F.Əliyev qeyd edib ki, hazırda Xıllı balıq yetişdirmə müəssisəsində yeni nərə növlərinin yetişdirilməsinə başlanılıb: “Əsasən də süni yolla yetişdirilmiş ana nərə balıqlar üzərində ölümə səbəb olmadan cərrahiyyə əməliyyatı aparılır. Son 1 ildə süni yolla yetişdirilmiş xeyli sayda nərə və digər balıq növləri dənizə salınıb”.

Nazir vurğulayıb ki, son 10 ildə Ətraf Mühitin Qorunması Fondunda 10 milyon dollardan artıq vəsait toplanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR