Lionda fransız və ingilis azarkeşləri arasında dava olub

Lionda fransız və ingilis azarkeşləri arasında dava olub
# 20 iyun 2016 04:37 (UTC +04:00)

Bakı-APA. Fransanın Lion şəhərində fransız və ingilis azarkeşləri arasında dava olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şəhər küçələrinin birində iki fanat dəstəsinin qarşılaşması kütləvi dava ilə nəticələnib.

Fransanın ayrı-ayrı şəhərlərində müxtəlif ölkələrdən gələn azarkeşlər arasında toqquşmalar mütəmadi olaraq baş verir.

İyunun 10-da Parisdə start götürən futbol üzrə XV Avropa çempionatı Fransanın on şəhərində iyulun 10-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR