Türkiyədə koalisiya hökuməti qurmaq mümkün olmayıb

Türkiyədə koalisiya hökuməti qurmaq mümkün olmayıb
# 13 avqust 2015 15:42 (UTC +04:00)

Bakı-APA. Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu arasında koalisiya hökumətinin qurulmasına dair növbəti görüş başa çatıb.

APA-nın xəbərinə görə, görüş 1,5 saat davam edib. İlkin ehtimala görə, görüşdə iki partiyanın koalisiya hökuməti qurması ilə bağlı müsbət nəticə əldə edilməyib. Bir azdan Əhməd Davudoğlu jurnalistlərə açıqlama verməsi gözlənilir. O, görüşdə aparılan müzakirələr və nəticələr barədə məlumat verəcək. Ondan sonra isə Kamal Kılıcdaroğlunun açıqlama verəcəyi gözlənilir.

Bu, onlar arasında keçirilən 3-cü görüş idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR