Nazir: “Şagird və müəllimlər dərsdə telefondan istifadə etməməlidir” - FOTO

Nazir: “Şagird və müəllimlər dərsdə telefondan istifadə etməməlidir” - <span style="color: red;">FOTO
# 22 fevral 2013 07:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Heç bir şagird orta məktəbə telefon aparmamalıdır”.

APA-nın xəbərinə görə, məktəblərdə telefon qadağasına münasibət bildirən təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib ki, bununla bağlı hələlik hər hansı bir əmr yoxdur: “Amma fikrim bundan ibarətdir ki, nə şagird, nə də müəllim dərs prosesində telefondan istifadə etməlidir”.

Təhsil naziri Azərbaycanda 12 illik təhsilə keçid məsələsinə də münasibət bildirib. O qeyd edib ki, “Azərbaycan-2020: Gələcəyə baxış” konsepsiyasında 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub. Nazirin sözlərinə görə, buna uyğun olaraq gələcəkdə 12 illik təhsilə keçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR