Qubada “VAZ” markalı minik avtomobili yanıb

Qubada “VAZ” markalı minik avtomobili yanıb
# 17 avqust 2014 01:54 (UTC +04:00)

Bakı-APA. Qubada ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Hacıqaib kəndində (rayon mərkəzindən 18 km aralı) sahibi məlum olmayan “VAZ” markalı minik avtomobilində baş verib. Nəticədə, avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR