Milli Şura mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Milli Şura mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 03 mart 2015 13:09 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Milli Şura martın 15-nə təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Bu barədə APA-ya açıqlamasında Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı bildirib.

F.Qəhrəmanlı deyib ki, bu gün BŞİH-ə ünvanlanan müraciətdə Milli Şuranın martın 15-də saat 15:00-da Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda ölkədəki qiymət artımına etiraz olaraq mitinq keçirmək barədə qərar qəbul etdiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR