Mövlud Çavuşoğlu: “TANAP-a Türkmənistan qazının daxil edilməsinə çalışırıq”

Mövlud Çavuşoğlu: “TANAP-a Türkmənistan qazının daxil edilməsinə çalışırıq”
# 25 fevral 2015 10:26 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan mənim öz vətənimdir. Azərbaycana səfərimdən məmnunam”.


APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, hər səfəri zamanı Azərbaycanın gücləndiyinin şahidi olur: “İki ölkə arasında münasibətlərin, xüsusən iqtisadi münasibətlərin inkişafı üçün çalışırıq. Qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması istiqamətində fəaliyyət göstəririk”.

Nazir TANAP-ın Türkiyə üçün strateji layihə olduğunu vurğulayıb: “TANAP-a Türkmənistan qazının da daxil edilməsinə çalışırıq. Bunu da əvvəllər bəyan etmişik”.

M. Çavuoşoğlu Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan üçlü formatlarının uğurlu fəaliyyət göstərdiyini, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı çərçivəsində xarici işlər nazirlərinin görüşünün keçirilməsi istiqamətində iş aparıldığını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR