Aydın Əliyev Ağdaşda vətəndaşları qəbul edib

Aydın Əliyev Ağdaşda vətəndaşları qəbul edib
# 02 iyul 2016 10:39 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 2-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində bölgədə yaşayan vətəndaşları qəbul edib. APA-nın yerli bürosunun xəbərinə görə, qəbulda komitə sədri Aydın Əliyev Ağdaş, Göyçay, Yevlax və Ucar rayonlarının sakinlərinin müraciətlərini dinləyib.


Vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.


Qəbulda qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR