Qəbul imtahanı ilə bağlı yaradılan apellyasiya komissiyasına 6 nəfər müraciət edib

Qəbul imtahanı ilə bağlı yaradılan apellyasiya komissiyasına 6 nəfər müraciət edib
# 15 iyul 2014 10:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 12 iyul tarixində keçirilmiş I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının məzmununa dair apellyasiya haqqında məlumat açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 14-də saat 10-dan 17-dək I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının məzmununa dair müvafiq fənlər üzrə ekspertlərdən ibarət apellyasiya komissiyası fəaliyyət göstərib.

Apellyasiya komissiyasına hər iki ixtisas qrupu üzrə cəmi 6 nəfər müraciət edib. Ekspertlər sualları ətraflı izah ediblər və bütün müraciətləri cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR