Qazaxıstan səfiri BDU-da olub - FOTO

Qazaxıstan səfiri BDU-da olub - <span style="color: red;">FOTO
# 16 noyabr 2015 11:33 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevlə görüşüb.

Universitetin mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, BDU haqqında məlumat verən rektor onun beynəlxalq əlaqələrindən bəhs edib. Eyni zamanda Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıqdan, Bakı Dövlət Universitetində görkəmli qazax yazıçısı və filosofu Abay Kunanbayev adına Mərkəzin fəaliyyətindən də danışıb.

Səfir isə xalqlarımız arasındakı qardaş və dostluq əlaqələrindən, təhsil və elm sahəsində əlaqələrin uğurlu inkişafından danışıb. O, bu il Qazax xanlığının 550 illik yubileyi olduğunu və bu münasibətlə elmi məqalələrdən ibarət kitab kolleksiyasının nəşrinin nəzərdə tutulduğunu, Abay Kunanbayevin isə 170 illik yubileyinin qeyd ediləcəyini söyləyib.

Sonda Bakı Dövlət Universitetində Qazax xanlığının 550, A.Kunanbayevin 170 illik yubileyi münasibətilə elmi konfransın və adıçəkilən kitabın təqdimat mərasiminin keçirilməsi barədə razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR