Tiflisdə "Azərbaycan mədəniyyətini tanıdaq" adlı sərgi açılıb - FOTO

Tiflisdə "Azərbaycan mədəniyyətini tanıdaq" adlı sərgi açılıb - <span style="color: red;">FOTO
# 15 may 2015 15:41 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə Dünya Muzeylər Gününə həsr olunan "Azərbaycan mədəniyyətini tanıdaq" adlı sərgi açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgidə Azərbaycan xalçaları, saxsı və mis qablar, Tiflisdə yaşayan azərbaycanlı rəssamlarından Sevda Əbilova, İsmayıl Rzayev və digər rəssamların çəkdiyi müxtəlif rəsm əsərləri, Azərbaycan xalçaları haqqında nəfis şəkildə nəşr olunan kitablar və Azərbaycan musiqi alətləri, M.F. Axundovun əsərlərinin personajlarının kuklaları nümayiş etdirilir.


Sərgidə həmçinin Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində toxunan xalçalar və Mədəniyyət Muzeyinin nəzdində fəaliyyət göstərən xalçaçılıq dərnəyinin gənc xalçaçılarının toxuduğu əl işləri də yer alıb.

Sərgi mayın 20-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR